Mən yağış olsaydımMən yağış olsaydım Mən yağış olsaydım yağardım ancaq, Hər dəfə bayıra çıxdığın zaman. Sən çətir altına sinib qoruncaq, Mənim qısqanclığım azalar haman. Qızıl alma kimi şölələnirsən, Göz qoyur yanından hər ötüb-keçən. Bəlkə ona görə düşünürəm ki, Min gündüzə dəyər sənin bir gecən. O qədər gözəlsən, o qədər safsan, Təbiət özünü öyməsin sənə. İstərəm könlümü qırmamaq üçün, Körpə bir uşaq da dəyməsin sənə. Elbəyi Cəlaloğlu |
çok güzeldi üstadım
sevgi saygılarımla