Səni uca görmək üçünSəni uca görmək üçün Sən dağlara bənzəyirsən! Sən dünyanı bəzəyirsən! Həsrətini od sanacam, Çıtır-çıtır hey yanacam. Amma sevgi dərmək üçün, Səni uca görmək üçün, Səndən uzaq dayanacam. Sən Günəşin lap özüsən, Dünyanın nurlu üzüsən. Yaxın getsəm əridərsən, Kül eyləyib kürüdərsən. Sənə uzaqdan baxanda, Hər an seyrinə çıxanda, Mənə sevgi yeridərsən. İztirabla yaşayacam, Qəlb yaramı qaşıyacam. Bil ki, amma ölməyəcəm, Sənə yaxın gəlməyəcəm. Onda səni adi görüb, Faniliyə vadi görüb, Öz-özümə gülməyəcəm. Elbəyi Cəlaloğlu |
Qəlb yaramı qaşıyacam.
Bil ki, amma ölməyəcəm,
Sənə yaxın gəlməyəcəm.
Onda səni adi görüb,
Faniliyə vadi görüb,
Öz-özümə gülməyəcəm.
..................
azeri dilinin özgünlüğü ve güzelliği
kutlarım kaleminizi saygılar