Ey Azərbaycanın şanlı bayrağı!Ey Azərbaycanın şanlı bayrağı! Göy rəngin göylərdi, ya kəhkəşandı, Al rəngin qüdrətli yüz-yüz cavandı. Yaşıl rəng torpağa, yerə nişandı, Dünyanın modeli, şəkli, dayağı, Ey Azərbaycanın şanlı bayrağı! Göy rəngdə göylərə baş çəkən türkük, Al rəng gəlişmədir sürətli, böyük. Yaşılda bir inanc, bir din var müdrik, Ulu bütövlüyün amal mayağı, Ey Azərbaycanın şanlı bayrağı! Ayın, ulduzun da var üzərində, Türk-islam rəmzisən bu əsərində. Dalğalan hüsnü tək göy Xəzərin də, Payla könüllərə nuru, çırağı, Ey Azərbaycanın şanlı bayrağı! 30.11.2009 Elbəyi Cəlaloğlu |
Vatan, millet denince, herkes kalksın ayağa,
Kanım, canım herşeyim! Selam durdum bayrağa!
dedim bende..
Yazan kaleme yazdıran yüreğe selam olsun
Hürmetlerimle