AY KİŞİLƏR, SEVİN BU QADINLARI!AY KİŞİLƏR, SEVİN BU QADINLARI! Ev-eşiyin urvatıdır, abrıdır, Ay kişilər, sevin bu qadınları! Ömrümüzün sevgilisi, yarıdır Ay kişilər, sevin bu qadınları! Sayrışırlar güllər kimi çəməndə, Bil dadını pətəkdən bal əməndə. Onlardılar bizdən sevgi uman da, Ay kişilər, sevin bu qadınları! Mücrüdürlər içi altun, zər, gümüş, Ətirdilər çiçəklərə bürünmüş. Hər birisi misilsiz gövhər imiş, Ay kişilər, sevin bu qadınları! Sevgimizdən fərəh gonar qadına, “Xanım” desək şərəf döymü adına?! Üzüm olsun ayağınız altına, Ay kişilər, sevin bu qadınları! İçinizdə məhəbbəti ən baha, Hiss eləsə Elbəyi ölməz daha. İnanın ki, acıq gedər Allaha, Ay kişilər, sevin bu qadınları! Elbəyi Cəlaloğlu |