GəlirGəlir Dağılır meydanlar, yıxılır evlər, Gündə küçələrdən bir cür səs gəlir. Ağac da qalmadı asam özümü, Bu fikir ağlıma lap əbəs gəlir. Cin, şeytan tükü var hər göydələndə, Günəşə həsrətdi tin də, dalan da. Torpağı alınıb, evsiz qalan da, Dərddən alovlanıb təngnəfəs gəlir. Bu his-pas kəndə də verməyir aman, Yadlaşıb dağlara çiskin, sis, duman. Bulaqların gözü zığlanır yaman, Çay lilə, palçığa mətəris gəlir. Ümidə tıxanıb daş dəhnələr də, Təptəzə görünür kör-köhnələr də. Qızıllar tükənir xəzinələrdə, Zərgərin karına dəmir, mis gəlir. Allaha asidi bəxtiqaralar, İşi tərs gələndə səbri daralar. Dili ürəklərə vurur yaralar, Ömrü sızıldayır, günü nəhs gəlir. Elbəyi Cəlaloğlu |
Bu sayfada okuduğum şiirlerden çok haz alıyorum
Selamlarımla