AY BACI
1920-ci illərdə yurdumuzdan, Borçalıdan ayrılıb Türkiyəyə gedən əmim Məhəmməd Qurban oğlu Kars vilayətində yerləşir və bir müd-ddətdən sonra əslən Kəpənəkçidən olan Xanım Həmzə qızı ilə evlənir. Xanımdan üç oğlu və altı qızı olur.
1980-ci ildən sonra hamısı İstanbulda yerləşir. Qızı Sönməz 2009-cu ilin Oktyabr ayının 10-da Bakıya görüşümüzə gəlmişdi. AY BACI Məkan bizi ayrı-ayrı salsada, Zaman bizi görüşdürdü ay bacı. Həsrət bizim ruhumuzu qırmadı, Dərdimizi bölüşdürdü ay bacı. Fələk kəməndini fırladıb atdı, Sizi də, bizi də iblisə satdı, Vətən, yurd sarıdan bəxtimiz yatdı, Yaman yerdə ilişdirdi ay bacı. Ayrılıqdan ürəyimiz alışdı, Taleyimiz bir-biriylə buluşdu, Həsrət gəlib, həsrətlərə qovuşdu Üzümüzü gülüşdürdü ay bacı. Ay Coculu, həsrət bizi üzməsin, Yaraları sinəmizə düzməsin, Taleyimiz ruhumuzu əzməsin, Həyat bizi alışdırdı ay bacı. 23.10.2009. |
çok çok saygılarımla selam olsun değerli şahsiyete...