Məni sevməməyə nə hünərin var?!Məni sevməməyə nə hünərin var?! Qafqazdan Fərata yürüdüm əvvəl, Kuti, Hurrit, Şumər məniydim əzəl. Doğuda Günəşə uzatdıqca əl, Batıdan əl etdi mənə ulduzlar, Məni sevməməyə nə hünərin var?! Mən Nuhdan, Yafəsdən, Arandan gəldim, Səlcuqdan, Madaydan, Alpandan gəldim, Tövratdan süzüldüm, Qurandan gəldim. Babaların ruhu oldu mənə yar, Məni sevməməyə nə hünərin var?! Üç tüləmə keçdim qırğılar kimi, Verdilər Sanatürk, Bəybars dərsimi, Qorqudun eşqiylə tərpətdim simi, Kökümdə Xətai, Nadir şah, Qacar, Məni sevməməyə nə hünərin var?! Mən Göyər, mən Kəngər, mən Qarapapaq, Adım, ünvanımdır Peçeneq, Qıpçaq, Gəl tut Atabəydən, Bilgədən soraq, Gör kiməm – mən Xəzər, mən sak, mən suvar, Məni sevməməyə nə hünərin var?! “Ədalət” sözünü, haqqın əliylə, Bağrına yazacam göylərin hələ, Saf türk sevgisini qoy, şələ-şələ, Alsın Elbəyidən doyunca bəşər, Məni sevməməyə nə hünərin var?! Elbəyi Cəlaloğlu |