Ölüm və mənÖlüm və mən Durub hey danışdılar, - Onu yemə ölərsən, Bunu demə ölərsən! Sanki hey yarışdılar, - Onu içmə ölərsən, Burdan keçmə ölərsən! Axı, nədir bu – ölüm, Acizmi burda elm? Yürüdüm ona doğru, Yarıldı vaxtın bağrı. Gördüm onu uzaqdan, Seçilmirdi sazaqdan. Amma yaxınlaşanda Bulud girdi araya. Sanki mələkləriydi Qədəm basan buraya. Keçdim qarışcaq ara, Buludu yara-yara. Amma yoxuydu ölüm, Boşa çıxmışdı əlim. Demə hisslər coşanda, Mən buludu aşanda, Ölüm də bir yol seçib, Buludun altdan keçib. Beləcə mən o üzə, Ölüm bu taya düşdü. Var olanın sevgisi Xəyali paya düşdü. Elbəyi CƏLALOĞLU |