HƏSRƏT-HƏSRƏT QOVUŞAQHƏSRƏT-HƏSRƏT QOVUŞAQ Əlbəələ, üzbəüzə dayanaq Dan sökülüb, Gün çıxanda üfüqdən. Görməsinlər qonum-qonşu, dost-tanış Don geyinək al-qırmızı şəfəqdən. Sən gül-çiçək, mən də xallı kəpənək, Gəl dağların sinəsində sayrışaq. Sən bulaq ol, mən də şıltaq axan çay Ətəklərdə həsrət-həsrət qovuşaq. Yağışa tamarzı, susuz çölə dön, Şığıyım sel kimi bərəsiz, bəndsiz. Sən bir maral, mən də insaflı ovçu Qovum səni hey silahsız, kəməndsiz. Elbəyi CƏLALOĞLU |