Gözlərimin önündəsən hər zaman!Gözlərimin önündəsən hər zaman Bilmədinmi, çıxmayırsan başımdan, Sevgiliyin canındasan hər zaman? Düşünmədən ürəyinə tələsdin, Damarında, qanındasan hər zaman. Həsrətindən damla-damla əridim, Gecə-gündüz səni deyib qarıdım. Birdəfəlik kirpiyimə sarıdım, Gözlərimin önündəsən hər zaman. İndi gərək eşq başımda gələm mən, Ayrılığı parçalayam, dələm mən. Sənə güllü don aldım ki, biləm mən,- Öz anamın donundasan hər zaman. Sənsiz keçən hər dəqiqəm azardı, Cəlaloğlu bu dünyadan bezardı. Yaxa açıq, əhvalı şux gəzərdi, Bilsəydi ki, yanındasan hər zaman. Elbəyi Cəlaloğlu |