Xoş gəldin könlümə, xoş gəldin, Allah!Xoş gəldin könlümə, xoş gəldin, Allah! Göz yumdum dünyanın ləl-gövhərinə, Ağladım “Haqq” deyə, tuş gəldin, Allah! Bir ağıl oyatdım ağıl yerinə, Bütün dəyərlərdən baş gəldin, Allah! Dərk etdim cismimin hər əzasını, Tanrı qədərini, Haqq qəzasını. Açdım idrakımın darvazasını, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Səni təfsir etdi zəkama “Quran”, Məhəmməd yoluna qədəm qoydu can. Helmimi bağlarkən elmimə vicdan, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Qəlbim şükr edəndir, dilim zikr edən, Səbrim müzəffərdir hər işgəncədən. Həqiqət evinə qulundur gedən, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Qəlbim təmizləndi, arındı kirdən, Könlüm agah oldu hər cürə sirdən. Feyzim yox çiçəkdən, güldən, ətirdən, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Könül Kəbəsinə etdim meracı, Doyura bilmədi eşqin bu acı. Sənin təcəllandı başımın tacı, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Dünyanın həvəsi yandı gözümdə, Nəfsin məzarı da yoxdur izimdə. Qeyri bir istəyi gəzmə sözümdə, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Oxşamaz ruhumu nə şəhvət, nə var, Mənlik aramıza çəkər sərt divar. Sənin tək bir yarım, bir sevgilim var, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Ədəblə yürüdüm Fənafillaha, Eşqinlə çatmışam Bəqabillaha. Sən ki, canımdasan, nə dərdim daha, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Elbəyi uymadı şana, şöhrətə, Səbr edir yolunda hər cür möhnətə. Axirət gözümdə dönüb cənnətə, Xoş gəldin könlümə, xoş gəldin, Allah! Elbeyi Celaloğlu |