Nədən ləngiyirsən, Xəzərim mənimNədən ləngiyirsən, Xəzərim mənim Nədən ləngiyirsən, Xəzərim mənim, Son vaxtlar suların yarışlarında? Ayın şəfəqləri sınıb tökülür, Üzüyün-gözüyün qırışlarında. Deyən qocalırsan yavaş-yavaş sən, Taxtını Kürə ver, Araza tapşır. Hər gün bir yenilik gəlir cahana, Dərbəndi, Kərkükü Təbrizə tapşır. İstanbul yayanda şəfəqlərini, Dağılar göylərdən qara buludlar. Aşqabad, Astana mətanətiylə, Həsrətin üzünə qapı kilidlər. Xəzərim, Bakının sev hünərini, Bir Azərbaycan var kiçik də olsa. Millətə ömürlük səadət gələr, Doğudan batıya nərən yayılsa. Sındırsa inadın bu sınırları, Bütün könülləri saz sevindirər. Türk adlı oğlun var qoca dünyada, Onu Turan adlı qız sevindirər. Elbəyi Cəlaloğlu |