ANAMAANAMA Qayğılı nəzərlə zilləndin mənə, “İnqə” səslərimmi qəlbində dindi? Bükülüb bələyə, yoxsa, Anacan, Yenidən qundağam gözündə indi? Hər an tumarına var ehtiyacım, Sevgin hər tərəfdən yağır üstümə. Səni görməyəndə elə yanıram, Göz gözü görməyir inan, tüstümə. Qolların boynumu qucaqlayanda, Oyaq gecələrin düşür yadıma. Yuxulu gözlərə məhəl qoymadan, Qımqımı qoşardın mənim adıma. Zülmət gecələrdən, qaranlıqlardan Açdığın səhərlər minmi, min birmi?! Xoşbəxt görünərsə bütün körpələr, Anaya ən böyük hədiyyədirmi?! Səni lap yenıdən qoxladım bu gün, Hansı çıçək çatar ətrinə sənin. İstədim canına can qurban deyim, Qorxdum, dəyərəm xətrinə sənin. Elbəyi CƏLALOĞLU |