Allah eşqiAllah eşqi Mərhəməti sinəsinə sığmazın, Haqqdan qeyri xanı yoxdur, xanı yox! Allah eşqi ürəyindən çıxmazın, Başqa səmti, yönü yoxdur, yönü yox! Könüldəndi nuru tanrı hisslərin, “Haqq” eşidən, “Haqq” söyləyən səslərin. Axirəti abad olan kəslərin, Zər-zibalı donu yoxdur, donu yox! Səbr edənə bir eşq gələr, bir iman, Qəlb şükrlü, dil zikrli, nəfs susan. Bir aqil var, bir cahil var, ey insan, Kamilliyin sonu yoxdur, sonu yox! Od qaladım, ifrit yandı közümdə, Ehtiraslar külə döndü gözümdə. Allah bitib düşüncəmdə, sözümdə, Daldeyi yox, danı yoxdur, danı yox! Helmin varsa elmin ilə qol-qola, Cəlaloğlu, vicdanınla çıx yola. Gələr könlün Haqq adında bir hala, Ondan özgə hanı, yoxdur, hanı, yox?! Elbəyi Cəlaloğlu |
Qəlb şükrlü, dil zikrli, nəfs susan.
Bir aqil var, bir cahil var, ey insan,
Kamilliyin sonu yoxdur, sonu yox!
SABIR EDENE ENTATLI MEYVESİ VERİLİR .
KUTLUORUM GÜZEL MANALI BİR ŞİİR OKUDUM.
KALEMİNİZ DAİM HAKLA OLSUN.