Həyat gözəldir!
Həyat gözəldir!
Sakitcə soruş kefimi, Gülümsəyib “sağ ol!” deyim. Ümidsizlik varsa, ona, Məlhəm olar söhbət, deyim. Kasıb çörək arzusuyla Daş sındırar, yer belləyər. Milyonçunu dərd qurşasa, Sərvətinə əl yelləyər. Hər doğumda bir qürub var, Hər ölümdə bir yaranış. Həyatın öz axarı var, Yüz də çalış, min də danış. Yüksək qoymuş insan üçün Ulu Tanrı əyarları. Qənirsiz gözəl kimidir Ömrün bütün dəyərləri. Elbəyi Cəlaloğlu |