O YANA
Bir canda insanlıq olmazsa əgər,
Can duymaz ağrını candan o, yana. Zatsızın toxumu səpilsə yerə, Cücərməz pöhrəsi gendən o, yana. Kainat əzəli, əbədi ölməz, İnsan düsünməsə, ağlına gəlməz, Dünyanı qavrayıb, dərk edə bilməz, Elmi öyrənməsə, dindən o, yana. Haqdan yaranıbsa insan övladı, Bəs niyə nəfsinə hakim olmadı, Ədalət yalana qalib gəlmədi, Ədalət axtarma məndən o, yana. O, kimdir həyatın əksinə gedir, O, kimdir çox ağır fərmanlar verir, O, kimdir dünyanı tarimar edir, İnsandır dayanıb cindən o, yana. Nə qədər artsa da varının sayı, Yenə də torpaqdır insanın payı, Coculu tikəndə haqdan sarayı, Qurubdu, tikibdi səndən o yana. |