A Dünya
A DÜNYA
Əzəl gündən viran qoydun elləri, Nə qədər qan-qada tökdün, a Dünya. Zəlzələ yaratdın, tufan qopardın, İnsana göz dağı çəkdin, a Dünya. Müharibə, savaş üzünnən oldu, Davalar-qırğınlar sözünnən oldu, Axdı göz yaşları dizinnən oldu, Zamanın fövqündə çökdün, a Dünya. Kiminin başına qızıl tac qoydun, Kimini doydurdun, kimi ac qoydun, Kimini,kimsəyə sən möhtac qoydun, Könüllər incidib, sökdün, a Dünya. İblislər sinəndə çapdı atını, Şahin qurban verdi öz həyatını, Coculu, çoxları dandı zatını, Yaxşı da, yaman da əkdin, a Dünya. |
daim ol