Yoktur
Dərdim çoxdur, hal əhliyəm
Dərdlərimi yazan yoxdur. Diri ikən mən ölüyəm, Qəbirimi qazan yoxdur. Qüssə kədər əzir məni, Yuxularım üzür məni, Xata-bala gəzir məni, Araşdırıb, yozan yoxdur. İblislər gəlir üstümə, Nakəslər durub qəsdimə, Mənlə fələyin qəsdi nə? Əmirini pozan yoxdur. Dərd ilə sinə dağladım, Halıma özüm ağladım, Söz deyib dastan bağladım, Oxumağa ozan yoxdur. Ağ, qaradan fərman alır, Əyri, düzü tora salır, Xeyir, şərə məğlub olur, Ədalətli mizan yoxdur. Pulu olan alır bizi, Kəməndinə salır bizi, Əqrəb, ilan çalır bizi, Başlarını əzən yoxdur. Qara yellər əsib məndən, Kimsəyə yox nəsib məndən, Coculuyam, küsüb məndən, Dünyamızı düzən yoxdur. |