BERABERLİK HAKKI
BƏRABƏRLİK HAQQI
Könüllü gəlmədi insan dünyaya, Nə kölə, nə də ki, qul yaranmadı. Baş əydi, qul oldu ulu Tanrıya, Ancaq istismardan azad olmadı. İnsan doğulanda qul doğulmadı, Tanrımı qul etdi bəni insanı? İstibdad dünyası heç dağılmadı, Keçdi tarixləri, aşdı zamanı. Milyonlar məhv oldu barrikadada, Yaşamaq haqqını qorumaq üçün. Can verdi üsyanda, hər inqilabda, Haqqını qaytarıb, yarımaq üçün. Məzlumun haqqını ayaqladılar, Onlara proletar adı qoyuldu. Hürrüyyət, azadlıq sayaqladılar, Yoxsulun dövləti, varı soyuldu. Kim deyir ağılla yığılır dövlət, Min yoxsul olmasa, bir varlı olmaz. İtməsə ortada insaf, ədalət, Zalımın kisəsi zülümsüz dolmaz. Bərabərlik insanların haqqıdır, Bu nur çıxmayacaq insan canından. Dünyanın yönünün dönən vaxdıdır, Azad olsun, çıxsın şeytan donundan. |