İZİM KALACAKMI ŞİNDİDE
Sinəsində qarış-qarış gəzmişəm,
Görən izim qalacaqmı Şindidə? Tarixini yaddaşlara yazmışam, Yada salan olacaqmı Şindidə? Yaylaqlara düzülərdi binəmiz, Köç-köç oiub, alışıbdır sinəmiz, Əlləri qoynunda qalan nənəmiz, Laylamızı çalacaqmı Şindidə? Şax qurulub qapı-qapı gəzərdi, Qız-gəlinlər güldən çələng düzərdi, Toyxanada qol qaldırıb süzərdi, Oynayacaq, güləcəkmi Şindidə? Meydan alıb, cavanlar at çapardı, Bəy corabın, yaylığını qapardı, Sevənlər öz bəxtlərini tapardı, Yoxsa eşqi öləcəkmi Şindidə? Zalım fələk sinəmizə,dağ çəkdi, Anamız ağlayıb, göz yaşı tökdü, Qüssədən-kədərdən boynunu bükdü, Öz haqqını alacaqmı Şindidə? Bu torpağın çörəyini yeyənlər, Hər məclisdə özlərini öyənlər, Ay Coculu, mənəm-mənəm deyənlər, El dərdini böləcəkmi Şindidə? |
Mutlaka iziniz kalacaktır.......
Söz uçar yazı kalır, anlayan yüreklerde derin bir sızı kalır...
Kutluyorum kaleminizi.Slm ve dua ile..ESRA
vuslat05 tarafından 6/30/2011 1:12:02 PM zamanında düzenlenmiştir.