UYAN ORTA DOĞU
OYAN QOCA ŞƏRQİM
Qoca Şərqim sən yatırsan, Səni bir az oyadırlar. Elə bilmə oyanmısan, Əllərində oynadırlar. Oyananın sərsəm durur, Hələ mürgü altındadır. Səbəb onun kökündədir, Yuxulayan zatındadır. Nədən Qərbin əllərində Oyuncağa çevrilmisən. Zaman-zaman qurulmusan, Zaman-zaman devrilmisən. Min illərlə at oynatdın, Bu dünyanın meydanında. Indi niyə boğulursan Öz qınında, öz qanında. Müsibətlər içindəsən, Düşün bir az, səbəb nədir? Sənin despot quruluşun, Qərb əlində bəhanədir. Elmləri oyatmışdın, Zamanlara hakim idin, Xurafatda boğulduqca, Yavaş-yavaş gerilədin. Işin-peşən münəccimlik, Ulduzlara baxmaq olub. Elə bildin siz ağıllı, Qərb dünyası axmaq olub. Azad fikir söyləməyi, Qanunların yasaq edir. Bununla da oğlun-qızın, Daş-kəsəkli yolla gedir. On beşinci yüzillikdən, Qərb dəyişdi öz halını. Devirdilər despotunu, Serlərini , kralını. Qanunların keşiyində, Din dövlətdən aralandı. Xurafatdan uzaqlaşıb, Özləri də durulandı. Qaranlıqdan tez çıxdılar, Siyasətlə oyandılar. Azadlığın, ədalətin Arxasında dayandılar. Qoca Şərqim hər sülalən, Otuz , qırx il devrilməyir. Despot bizə hakim olur, Azadlığa çevrilməyir. Nə yatmısan qəflətlərdə, Qalx ayağa oyan Şərqim. Ya azad ol zəncirlərdən, Ya da qana boyan Şərqim. |
onun için bu yakınlaşmayı engellemek için ne varsa yapıyorlar amma nafile yüzyıllar bizim
inşallah...(olurya mazallah çengiz han çıkıverir mezardan korktukları bu:)) )