ƏSƏBİ TANQO
Bir uzaq məmləkətdə
zəif lampa işığında bir nəfəs qədər mehriban, əziz məkan gülümsəyir ona pənah aparan sakinlərin üzünə. ....zərif, əsəbi tanqo oxuyur pıcıltıların müşayətilə. Sərxoş yağış damlaları pəncərə şüşəsində rəqs edir. Onun gözləri ayaqları kimi nazik və uzun dabanlı ayaqqabı geyinmiş qadını ta uzaqlardan dartıb gətirməkçün yol çəkir. Hərdən qapı açılır... gələnləri məyus baxışlarıyla qarşılayır... bir-birinə sıxılmış dodaqlarıyla qulluq edir... Rəqəmlər dünyanın bir saat da qocaldığını xəbər verir... Saat 12-dir. Qapı cırıldayır... Tıqqıltı səsi masaya yaxınlaşır köhnə çamadanın, qırılmş çətirin müşayətilə... Saçlarından, plaşından düşən yağış damcılar yeri isladır... Pəncərəni inadcıl yağış döyür.... Bir-birinə sarılan baxışların pıcıltısında əsəbi, cılğın tanqo oxuyur... |
anlatılamı güç duygular ama şiiriniz başarmış bunu
yazan kaleminiz daim olsun saygılarımla sevgiyle kalın sevgili yazarım
salamlar..