4
Yorum
3
Beğeni
5,0
Puan
2648
Okunma

BƏHANƏ (Türkan Zamanova)
Körpə uşaq gülüşlərində
atəş səslərini batırmaq,
valideynlərini atmış
övladların
uşaqlarından imtina etmiş
valideynlərin
ömürlük zindana məhkumluğu...
Bədbəxtliyin sükutunda rəqs eləyən
taleləri
xoşbəxtliyin himni ilə müjdələmək imkanı...
Xoşbəxtliyi, satqınlığı, yalanı
İnsanlığı unutduran hər şeyi
dar ağacından asmaq bacarığı
və daha nələr, nələr etmək arzusu
Dünyanı dəyişmək iddiasıdı....
İsgəndərin dünyaya ağalıq
planında,
atom bombasının kəşfində
yuxuları gecəyə bilet əvəzi
verməkdə
Və hər səhər ölümün bir övladı kimi
doğumaqdada
Uğur qazanmaq cabası gizlənir....
Hemenqueyin ovdakı əcəl zənginin
sədalarında
Ramilin ünvansız baxışlarındakı
qəzəbli gileyində...
Cins geyinmiş patriotun sönməyən
kamerasında
və gözəl qoxulu gülün tezcə
qurumasında da
Yaşamaq cəhdi var....
dünyanı dəyişmək iddiası...
uğur qazanmaq cabası....
yaşamaq cəhdi....
hamısı bəhanədi
hətta susmaq da
səni sevmək istəyi, bəhanəsidi....
5.0
100% (6)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.