3
Yorum
0
Beğeni
5,0
Puan
2005
Okunma

Qaçdım
bütün sünilik qoxuyan
əllərdən.
Başımı qoydum
sözün üstə.
Sığal çəkdi saçlarıma.
Hər sığaldan düşən
misra
yuyub-apardı
məni məndən gizlədən
içimdəki dumanı.
Ağladım, ağladım...
Yumuldu gözlərim.
şeir yazdım
Bir, iki, üç....
Şeirlərimdən
hörüldü divarlar
bir sonsuzluq adasında,
pəncərəsində sual
qapısında nida....
Oyandım
gördüm özümü
söz evində...
5.0
100% (2)