SONSUZLUQ...
Əbədilik axtarışları...
bir gün tapacağına ümidlənmək bütün mövcudiyyətin fonundan istəyinə səslənmək. Nəticədə isə ağır gəlir uğursuzluğun məhkum etdiyi sükut. Tək bir sükut bənzərsizdi, səmimidi, qiymətlidi... Hətta həyatın bütün gözəlliklərinin xoşbəxtliyinin sevincinin səsi səninlə susmaq qədər dəyərli deyil... Elə səsin kimi yeddi notun bütün bəstələrində aça bilmədiyi sirr gizlənib səsində. Bəlkə buna görə də buludların arasından süzülən günəş şüası kimi ağlımdan keçib ürəyimə süzülmüsən. “Gözlər ruhun aynasıdı” deyirlər baxanda ruhumu görə biləcəyim qədər safdı, təmizdi gözlərin.... quruluşların, dövlətlərin, millətlərin yox insanlığın var olduğu səndə sonsuzluq var sonlar aləmində həsrətini çəkdiyim sonsuzluq... |
Değerli dost ne güzel şiirdi,yürekten coşmuş kalem yazmış,yürek sesinizi duyar gibi oluyorum,kaleminiz daim olsun,dünyadaki tüm sevgileri kalbinize,tüm çiçekleride size gönderiyorum,dert ve sıkıntılardan uzak bir yaşam dileğimdir size,saygı ve selamlarımla
Bilal YILMAZ