ASILI QALIDI
Asılı qalıdı
arzularım bir şam ağacından. İstəklərimlə bəzəmişdim onu Yeni il oyuncağı əvəzi. Məni fəsillərdən fəsillərə keçməyə həvəsləndirən də o ağacdakı rəngarəng diləklərim oldu... Ama o ağacın nə işıqları vardı nə yanında hədiyyələri nə də başında yanan ulduzu.... Ağac böyüdü qocaldı başı buludlara toxundu, amma arzularım eləcə asılı qaldı... nə solmadı nə köhnəlmədi nə sınmadı eləcə asılı qaldı... İşıqsız, hədiyyəsiz, ulduszsuz. Mənim arzularım zamanı da qocaltdı. Artıq.... kəsmək istiyirəm, o ağacı... |