3
Yorum
1
Beğeni
5,0
Puan
1505
Okunma

Gəl, bir az xeyirxahlıq elə
Pay ver mənə dərdlərini
çəkilsin gözlərinin
kədəri, qəmi...
Gəl, dərin düşünmə dost, xeyirxah ol.
Biz dost deyilikmi?
Gəl, məni əliboş qoyma dost.
Bağışla mənə
səni boğan qəhəri
ürəyini üşüdən bədbəxtlikləri
sənə əzab verən bütün pislikləri
Gəl, simic olma dost, əliaçıq ol.
Biz dost deyilikmi?
Gəl, küsdürmə məni dost,
mənim küsüb barışmamaq qabiliyyətim var...
Məni məndən küsdürmə, dost
...mən sənsiz necə qalım dost
....mən özümsüz necə qalım dost.
5.0
100% (5)