9 AVQUST
Təbrik aldım
sərin avqust səhəri mamır qoxulu sahildən... Ad günü mahnısını oxudu ayağımın altında xışıldayan balıqqulaqlarıyla, sahilə çırpılan ləpələr. Başımın üzərində buludlar əl çaldı. Gülümsündüm. Mən də hədiyyə verdim şeirlərimi butulka içində atdım dənizə. Hansısa balıqçının tapaçağı ümidi ilə.... Mənim keçmiş günlərimə qayıtmaq ümidim kimi... Sənin məni təbrik etməyinin ümidi kimi... Təbrik aldım doğmalardan, dostlardan, məni tanımayanlardan. Bir il də itirdim gəncliyimdəm. İtkimə görə bolluca təbrik aldım Başın sağ olsun əvəzi. Təbriklər, təbriklər... Artıq bəsdi! İmkan verin kədərlənim... |
Yahşi idi dizelerin
Tebrikler sana
Ömrüne bereket
Selam,saygı ve dua