4
Yorum
1
Beğeni
5,0
Puan
1249
Okunma

Duelə çıxacağam xatirələrinlə.
Ovcumda gizlətdiyim
yeganə silahım olan,
naməlum gələcəyimlə.
Qalib gəlsəm…
Donduracağam səni bir fotoda
Ağ fonda qara kölgən,
sililütün görünsün ancaq.
Üzünü görə bilmiyim,
Qınayım…
Fotoaparatı
zamanı
məkanı
zaman və məkanla məhdudlaşan
özümü
Hər keçən günümə
xatirələrindən bir parça verəcəyəm
yaşamağımın əvəzi olsun
və hər gün
daha da kiçiləcəksən mənimçün.
Kiçiləcəksən, kiçiləcəksən
sənin yox olmaq, mənimsə yaşamamaq
təhlükəsi yaranana kimi.
Əgər bəxtim gətirməsə…
Gedəcəyəm başqa
lap başqa yerlərə.
Adı qoyulmamış yerlərə…
5.0
100% (5)