1
Yorum
7
Beğeni
5,0
Puan
175
Okunma
Quşlar uçub gedir,
Payız da gəlir.
Qış zəminin edir,
Yaysa dincəlir.
Ömür yarpaq-yarpaq,
Düşür budaqdan.
Gəlir qara torpaq,
Dönməyir bir an.
Hara uçub gedir,
Bu fani həyat?
Axı məna nədir,
Yoxdursa murad?
Gənclik yavaş-yavaş,
Yükünü çəkir.
Köçür yenə bir yaş,
Sevin deməyir.
Sor bir günahının,
Məğzi nədədir.
Nədir Yaradanın,
Məqsədi nədir?
Kimin cəzasını,
Axı çəkirsən?
Sil gözün yaşını,
Gülməyi öyrən.
Hansı dünya üçün,
Yaşayırıq biz?
Niyə gəlsə ölüm,
Can olur əziz?
5.0
100% (4)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.