1
Yorum
11
Beğeni
5,0
Puan
173
Okunma
Dedin yoxluğunu hiss etməyəcəm,
Həsrət oyanmadan tez dönəcəksən.
Aylar gəlib keçdi, xəbər yox səndən,
Hardasan, sevgilim, öldüm həsrətdən?
Bir zəngin qurtarar məni əzabdan,
Xəbərsiz qalmışam gör nə zamandır.
Səsini eşitsəm, inan, uçaram,
İşıqsız qalmışam, ocağım yanmır.
O qədər çarəsiz, köməksizəm ki,
Milyonlar içində tənha qalmışam.
Bilmirəm yaşayım, yoxsa öləm ki,
Bəlkə qayıdarsan yasımı duysan...
Axtarır gözlərim hər yerdə səni,
Məcnuna dönmüşəm, göz yaşım dinmir.
Hardasan, sevgilim, gəl qurtar məni,
Halım heç hal deyil, sonum bilinmir...
İstəsən yenə də çıxıb gedərsən,
Amma bircə dəfə üzünü göstər.
Ya da ki, sevmirəm artıq deyərsən,
Bu qəlb də yerini, yurdunu bilər.
5.0
100% (5)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.