1
Yorum
0
Beğeni
5,0
Puan
2103
Okunma

Oynadın benimle sonra da attın
Lazımsız bir cisimden bezar gibi
Sen yoluna devam ben ise battım
Bin mezar içinde bir mezar gibi
Ama ne yapmıştım ben sana, söyle
Gelip hayatımı talan eyledin
O tatlı dilinle girip kalbime
Seviyorum dedin, yalan söyledin
Sanki beni görüp sakin yanımdan
Kandırmadan geçmek böyle zor imiş
Doğru, sen yalancı, ben de inanan
Şimdi ne farkeder suç kim işlemiş...
Tamam, suç benim olsun, sana inandım
Sana hayatımı, kalbimi verdim
Tamam, aptal da ben, çünkü ben yandım
Sense bir akılsız gül daha derdin...
Doğru, günah bende, aldanan benim
Seni farklı bildim, başkasın sandım
Ama şunu bilki, bu akılsız ben
Sana bile-bile kendim aldandım
Bilki, bir defa da hiç inanmadım
Senin bana olan sahte sevgine
Bir sözünü bile doğru sanmadım
Seni yalancı tek soktum kalbime
Hep söylerdim sana, yine söylerim
Ben seni sevdiğim için senleydim
Hep bildim, bir oyun oynuyorsun sen
Düşünme ki beni kandıra bildin
Aldandım çün bunu kendim istedim
Benim tek günahım seni sevmekdi
Yalanınla seni kabul eyledim
Evet, ben tek aptal dünyada tekdir...
AZ
Oynadın mənimlə, sonra da atdın,
Lazımsız bir əşya, bir zibil kimi.
Sən yoluna davam, mən isə batdım,
Min qəbir içində bir qəbir kimi.
Axı neyləmişdim mən yazıq sənə?
Gəlib həyatımı talan eylədin.
O şirin dilinlə girib qəlbimə,
Sevirəm söylədin, yalan söylədin.
Məyər məni görüb sakit yanımdan,
Aldatmadan keçmək belə çətindir?
Düzdür, sən yalançı, mən də ki, avam,
İndi nə fərq edər günahkar kimdir...
Qoy suç mənim olsun, sənə inandım,
Sənə həyatımı, qəlbimi verdim.
Elə axmaq da mən, çünki mən yandım,
Sənsə bir ağılsız gül daha dərdin.
Düzdür günah məndə, aldanan mənəm,
Səni fərqli bildim, başqasan sandım.
Amma bunu bil ki, bu ağılsız mən,
Sənə bilə-bilə özüm aldandım.
Bil ki, bir dəfə də heç inanmadım,
Sənin mənə olan saxta sevginə,
Bir sözünü belə doğru sanmadım,
Səni yalançıtək saldım qəlbimə.
Həmişə demişəm, yenə deyirəm,
Mən səni sevdiyim üçün sənləydim.
Bilirəm, sənintək olmayır sevən,
Düşünmə ki, məni aldada bildin...
Aldandım, çün bunu özüm istədim,
Mənim tək günahım səni sevməkdir.
Yalanınla səni qəbul eylədim,
Bəli, məntək axmaq dünyada təkdir.
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.