Bir anne yüreği, dibinde daima af bulunan uçurumdur. balzac
Luselva
Luselva

Nasihat

Yorum

Nasihat

( 1 kişi )

2

Yorum

3

Beğeni

5,0

Puan

33

Okunma

Nasihat

Bağışlama heç vaxt səhvi kiməsə,
Səhvi bağışlamaq üzü bir səhvdir!
Səni qorxuzarsa dünyada nəsə,
Onun tək əlacı sadəcə məhvdir!

Qoyma ki, könlünə sevgi yol açsın,
Yumşaqlıq gətirir bu hiss ürəyə.
Yolunda məqsədin sənə nur saçsın,
Tək ona tabe ol, başqa heç nəyə!

Yol vermə ki, dəysin sənin xətrinə,
Kiminsə ağılsız, axmaq sözləri.
Uyma məhəbbətin heç vaxt ətrinə,
Unutma, kor olur onun gözləri.

Möhkəm ol, poladtək, sınma heç zaman,
Ürəyin şücaət hissiylə dolsun!
Baxma dərd tərəfə hətta uzaqdan,
Qəlbində həmişə qoy sevinc olsun!

Qorxunu məhv elə, qov ürəyindən,
İnsanın ən böyük odur düşməni.
Qorxma bu həyatın qar, küləyindən,
Tək özün itirmək qorxutsun səni!

Dostluq xülyasına aldanma heç vaxt!
Yoxdur bu dünyada dost ürəkli kəs!
Xeyirxah fikirdən sən dayan uzaq,
Zaman yelinə bax, onun kimi əs.

Bil, bu dünya meşə, bir cəngəllikdir,
Çalış şir olasan bu cəngəllikdə.
Qəddarlıq özü də bir gözəllikdir,
Əvəz etməz onu elm, bilik də.

İnanma insana, çiy süd əmibdir,
Qoyar yarı yolda, darda buraxar.
Atalar da bunu belə deyibdir,
İnsan öz beyninin meylinə axar.

Etibar etmə sən özündən ayrı,
Nəfəs ala bilən başqa canlıya.
İşində həmişə ol ayıq-sayrı,
Bil, dünya baş əyir dəliqanlıya!

İcazə vermə ki, bir başqasının,
Sənin meydanında çıxsın səsi gur.
Sən şirsən, unutma, şir balasının,
Heç nədən qorxusu, ürküsü olmur.

Həmişə düz yeri, ol vüqarlı dağ,
Baş əymə müqəddəs saymadığına.
Qoyma ki, bağında olsun bir alaq,
Heç zaman rəhm etmə düşmən, yağna.

Ehtiyatlı ol ki, hər addımında,
Kiçik bir səhvi də buraxmayasan.
Əlavə qüvvə, güc saxla canında,
Ki, hər bir işinə nöqtə qoyasan.

Getmə zərrə qədər güzəşt heç kimə,
Hətta öz qanından olana belə.
Qoyma təsir etsin xahiş qəlbinə,
Uyma yalvarışa, sən şirin dilə!

Tale göndərdiyi xoş günlərdən çox,
Verə biləcəyi acını gözlə!
Dediyin hər şeyi söz-söhbətlə yox,
Çatdır ən uzağı bir neçə sözlə.

Heç vaxt arzulama, dalma xəyala,
Zərər gətirərsən bunla canına.
Hər şeydə kamil ol, dön ideala,
Qiymət ver vaxtına, hər bir anına!

Çalış ki, ömürlük sənin ürəyin,
Buz tək soyuq olsun, daş kimi möhkəm.
Təsiri olmasın ona heç nəyin,
Baş versə bədbəxtlik hətta qəflətən.

Nəyəsə çatmaqçün, nail olmaqçün,
Çalışmaq lazımdır hər gün, hər gecə.
Sonunda gələcək gözlədiyin gün,
Əmin ol sən buna, gözlə sadəcə.

Hiss etmə özünü heç vaxt günahkar,
Qəlbini yükləmə belə nahaqdan.
Sənə qarşı olan bütün olanlar,
Qalsın yaddaşında, olma unutqan.

Unut ağlamağı, dərd-qəm etməyi,
Canlı həyat ilə dolu dünya qur.
Özünə yoldaş et deyib-gülməyi,
Şən insan gəncliyi çox uzun olur.

Özündə dönməz bir iradə yarat,
Cəsarət, güc, səbr olsun qanında.
Ağıldan iti ol, fikrində azad,
Cəsur bir döyüşçü olsun canında.

Çalışma kimisə təkrarlayasan,
Kimisə özündən üstün sayasan,
Çoxun zəhmətindən qorxub, çəkinib,
Aza bəs deyəsən, azla doyasan.

Uğursuzluqlardan üzülmə heç vaxt,
Heç kəsə zəhmətsiz verilmir tac-taxt.
Keçirsən vaxtını boş yerə, hədər,
Olarsan hər yerdə dəvətsiz qonaq.

Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Nasihat Şiirine Yorum Yap
Okuduğunuz Nasihat şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Nasihat şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Sabitlendi Etkili Yorum
Ünsüz Şair Turaboğlu
Ünsüz Şair Turaboğlu, @yavuzsultanozturk
25.1.2026 23:28:40
Hayatı kabullenerek yürü seni yolundan edecek korkularının üzerine git ve sevgiden başka şeye taviz verme.. sen güçlğüsün derken bu gücün yine kendisinden kaynaklandığını bil
Ağıt hissi versede bak böyle yaparsan böyle olur sonu betimlemeleriyle tecrübe edilmiş bazı olguların üstesinden nasıl gelinebileceğini vurgulamakta..
ve sert bir duruş sergilemkte şiiriniz.
saygı ve selamlarımla..
Etkili Yorum
Romantik.Şair.41
Romantik.Şair.41, @romantik-sair-41
25.1.2026 23:36:43
EMEĞİNİZE YÜREĞİNİZE SAĞLIK ÜSTADIM KALEMİNİZİN MÜREKKEBİ EKSİLMESİN 🖐️ SAYGILARIMLA
© 2026 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL