SƏRİNƏ YAZDI (cığalı təcnis)
Payızın əvvəli üşütdü məni,
Havaya baxıram, sərin, ayazdı. Ayazdı, Hava sərin, ayazdı. Müxənnətlər çoxalıb, Qədir bilən ay azdı. Yaxşını yamana fələk pay verdi, Yamanı yaxşının sərinə yazdı. Dünya əzəlindən həmin, həmindi, Varmı bəxtə küsən? Denən: hə, mindi. Həmindi, Tamah günaha mindi. Zaman heç dəyişməyib, Gördüklərim həmindi. Elə əvvəldən də, elə həm indi, Yadı qismət kimi Sərinə yazdı. Kimi yaxşı bildim, gəldi hal aldı, Sanki dili yoxdu, ha kar, ha laldı. Ha laldı, Ha dilsizdi, ha laldı. Çox dindirmə dinməzi, Kar danışmaz ha, laldı. Anladınsa sözüm, sənə halaldı, Düşün Əflatunun səri nə yazdı? |