Sənin vüslatının həsrətindəyəm
Mən sənə bəlkə də uzağam hələ
Sən daha yaxınsan şah damarımdan Sənin vüslatının həsrətindəyəm İllərim əridi intizarımdan Deyirəm nə yaxşı oldum ram sənə Ən böyük məhəbbət, ehtiram sənə Hələ çox əl açıb yalvarram sənə Madəm xoşun gəlir ahu zarımdan Yanım Kərəm kimi, kül eylə məni Könül bağçasına gül eylə məni Özünə qul kimi qul eylə məmi Bir qul inşa eylə, dərd, qubarımdan E.B. |