0
Yorum
5
Beğeni
0,0
Puan
347
Okunma
Yenə həzin bir axşam...
Dar və şirin küçələr...
Ruhum süzülüp gedir
Tərifi eşsiz anlar...
Kərpicdən divarlara
Həkk olunmuş zamanlar
Sən tarixin özüsən
Buxara
Yığın-yığın yapılar...
Tarixdən, estetikdən
Görsün ülviyyətini
Dəm vuranlar etikdən
Nədir səndəki ofsun?
Dünyanın hər yerindən
İnsanlar axın-axın
Hiss edirsən özünü
Əcdadına çox yaxın
Əcdadımın izisən
Buxara
Əzanlarla çinləyir
Yüksələn minarələr
Ruhuma üfüldəyir
Ötələrdən güftələr
Bağrında keşik çəkən
Nə qədər evliyan var
Alimlər, evliyalar
Mənəvi sütunların
Misilsiz varlığınla
Sən islamın sözüsən
Buxara
İnsanların mum kimi
Xitabında əriyip
Kəşf edirəm özümü
Bu engin küçələrdə
Sakit-sakit yeriyib
Ruhumun qeyb olduğu
Zülmətdən oyanıram
Doymaq olmur işvənə
Doya-doya içirəm
Sonra yenə yanıram
Və kəndimdən keçirəm
Qapıldım cazibənə
Bir kəs vuruldum sənə
Ürəyim sənin olsun
Şəhərlərin gözüsən
Buxara