SƏN OLACAQSAN
Bağışla, sevgilim, ayrılaq gərək
Ağırdır bunları söyləmək sənə. Ata tələbidir, dinləyəm gərək Vəfasız davğası gəl vurma mənə. Qəlbimin sevinci qara gözünə Başımı qaldırıb baxa bilmirəm. Mən nifrət edirəm özüm-özümə, Bıçağı ürəyə taxa bilmirəm. Sevgidə faciə budur, əzizim, Sevib sevilərək ayrılırıq biz. Ey parlaq günəşim, şıltaq dənizim, Cismimiz ayrılır, birdir qəlbimiz. Gecə ağlayacam gizlin, xəlvəti, Gözümdən süzülən yaş olacaqsan. Ağlama, ey çiçək, sil göz yaşını, Gözlərin qarğıyır: "Daş olacaqsan". Əlimə üzüyü taxsa da özgə, O əlin sahibi sən olacaqsan. Evimin sakini başqa birisi, Qəlbimin sakini sən olacaqsan. Əlimi tutsa da özgənin əli, Əllərim əlini arayacaqdır. Xəyalım tapacaq xatirələrdən, Əllərin saçımı darayacaqdır. Gündüz görüş yeri-o söyüd altı, Gecələr xəyallar məskənim olar. Gizlicə sənin şəklinə baxıb Ürək qubar bağlar, gözlərim dolar. O zəngin həyatda tək yaşayarkən Yeganə istəyim sən olacaqsan. Gözümün önündə başqa birisi, Gözümün içində sən olacaqsan. Ömrümün çırağı söndüyü zaman, Dünyanın üzü də döndüyü zaman, Səni sevən könlüm öldüyü zaman, Onun son diləyi sən olacaqsan. |