DAHA SƏBİR NƏYƏ GƏRƏK?
Eşit xalqım, aç gözünü,
Daha səbir nəyə gərək? Heç kimsədən bir ümid yox, Daha səbir nəyə gərək? Hamı ağlar gözündə yaş, Biz ki olduq yaman çaş-baş. Yuxarının qəlbi bir daş, Daha səbir nəyə gərək? Bu dərd bizə bir yük oldu, Başı boşlar böyük oldu. Yazıq millət döyük oldu, Daha səbir nəyə gərək? Dərdi verən yaman verib, Nə fürsət, nə aman verib. Heç bitməyən güman verib, Daha səbir nəyə gərək? Bu dərdimiz qədərdimi, Qazancımız kədərdimi, Hər işimiz hədərdimi, Daha səbir nəyə gərək? Qalxmalı millət özü, Üfləməli odu-közü. Deməlidir ən son sözü, Daha səbir nəyə gərək? Əflatunam, yazım hara, Ölkəmizin bağrı yara. Necə gedək dərdlə gora, Daha səbir nəyə gərək? |