sevirəm,yar!
Yanağımdan süzüləndə
İzini sevirəm yar! Gah küskün, gah şən baxan Gözünü sevirəm , yar! Qaşlarında çatılan, Bulud kimi tutulan, Hərdən zəhər qatılan, Nazını sevirəm , yar! Küsəndə barışmağı, Halını soruşmağı, Səninlə danışmağı, Sözünü sevirəm, yar! Bir dönüb bax qəlbimə Su olub ax qəlbimə Od vurdun çox qəlbimə Közünü sevirəm, yar! Məhkumuyam fələyin, Qurbanıyam ürəyin, Bəlkə də mən sevməyin Özünü sevirəm , yar? Dilara Suleyman |
Güzel bir şiirdi, beğeniyle okudum. Nice güzel şiirlere diyor, Şair Arkadaşımı KUTLUYORUM...