Ruhumun sevgiyə ehtiyacı var
Ruhumun sevgiyə ehtiyacı var,
Körpə anasına sarılan kimi. Bezdirib gizlində ağlamaq məni, Bu zalım dünyadan yorulan kimi. Ürəkdən gülməkçün çox darıxmışam, Uşaq gözlərimdə qalıb gülüşüm İnanmaq istərəm o nağıllara Büllurdan ürəyim qırılan kimi Göydən bir sehirli əl uzanacaq Çəkib həsrətimdən alacaq məni. Küllərimdən sevinc bitəcək yenə Simruq odda yanıb dirilən kimi. Bezmişəm beynimdə həmsöhbətimdən.... Qaçıb gizlənməyə sükut gəzirəm, Bezdirib anlamaq, Yorub dinləmək, Ürəkdən sevinmək istəyirəm mən Məsum bir körpəyə kiçik oyuncaq, Tərtəmiz bir sevinc verilən kimi. Hərədə bir parça qopub qalmışam... Qaytarın o xoşbəxt illəri geri! Həmdəmim olmasın daha gecələr! Bir gün müjdə verin xoşbəxtliyimə Oyanmamaq üçün yatıb qalmışam. Ey dostum sətirlər,həmdəm hecalar, Sanmayın,sanmayın getmək asandı Yarıda buraxıb ümidlərini, Ürək arzularkən burda birini. Mənlə gedəcəksə bir aləm həsrət Nə mənası var? Bu zalım dünyadan qaçmaq asandı, Qorxuram,qorxuram bitməz acılar Nə vaxtsa bəyaza sarılan kimi. Dilarə Suleyman |
Yüreğine emeğine sağlık usta
___________________________________Selamlar