Sevmek
Səni sevməyən nə bilir
Günəş nədir,Ay necədir! Səni sevməsə ürəyim Qaranlıq,zülmət gecədir. Səni sevib mən özümdə Ərimişəm,yox olmuşam, Mən dünyaya gəlməmişəm Sevim deyə doğulmuşam! Həsrətin ulduz saydırar, Qaşla gözün arasında Sevgi başımı əydirər Sevdiyimin qibləsində. Sevgin anam,sevgin atam, Sevgin mənim Vətənimdir, Səndən başqa kimsəm yoxdur Tək sənin sevgin mənimdir! Bir baxışla nazla məni, Ruhumda sellər çağlasın. Sevgi nədir bilməyəni. Göz yusun,dillər ağlasın. Dilarə eşqin aşiqi, Sevgi insandan əzəldir Sevgi bu qədər gözəlsə, Gör yaradan nə gözəldir! |
Yüreğine emeğine sağlık
kalemin susmasın
_____________________________Selamlar