Olmur
bu qədər dərd arasında
sevgidən yazmaq olmur Ilahi ,vicdan vermisən əlindən azmaq olmur. xəyalım dar ağacıdı Elə bil bar ağacıdı hər meyvəsi bir acıdı Əl vurub üzmək olmur! Əmanətdi verdiyin can Hökm etmək də olmur asan Nolar məni bağışlasan? Bu yüklə gəzmək olmur! Bir an sonram sirr kimidi, Gözdə hər şey tir kimi, Sanki hamı pir kimidi Bir mənə dözmək olmur. Göz-gözü görmür içimdə, Şələdə qalıb köçüm də Ha deyirəm vaz keçim ta Həyatdan bezmək olmur. Dilarə dərvişdir dəli, Qəlb ağadı ,mirzə əli, Sən mənə ver ki ,təsəlli Taledir,pozmaq olmur! Dilarə Süleyman |
o kadar güzel ki
Nolar məni bağışlasan?
Bu yüklə gəzmək olmur!
sırf burası bile başlı başına kocaman bir şiir
var olun siz
saygı ve esenlikle
Aşkar...