səndən uzaqda
Gözümdən uzaqda uşaq kimisən!
Nə yedin,nə içdin narahatam mən, Həsrətin gündüzlər bağrımı dəlir Gecələr də qoymur rahat yatam mən. Yenə də qabların bulaşıq qalıb, Çayın içilməmiş qoyub getmisən, Qəlbimdə ümiddən bir işıq qalıb Halbuki əlvida deyib getmisən. Yeməyin dadı yox,evin işığı, Buz kimi əllərim işə də yatmır, Kəsir ürəyimi sevgi qırığı Səni unutmağa hünərim çatmır. Günəş qürub edir evin içində, Yağmurlarmı yağıb,üfüq qızarıb? Dünya bircə rəngdi gözüm açanda Bəlkə arzulardır gözümdə qalıb? Sən məndən uzaqda yaşadın necə? Mən səndən uzaqda ölə bilmirəm, Arada körpülər yandı beləcə, Uçurumu keçib gələ bilmirəm! Çox fikir eyləmə,gözümün nuru! Həsrət hər sevginin alın yazısı Məndən uzaqlarda özünü qoru, Çətin ki ,yerimi tutar başqası. Dilarə Süleyman |