utanır
Gör necə məsumdu gözün baxmağa gözdən utanır,
Çıxarar maskasını ,üz hələ üzdən utanir, Götürür qeyrəti ,geymiş xanımı əndirəbadi, Kişisi fəxr eləyir ,namusu bezdən utanır. Doğru söz olub qəbahət,dil utanmır ki utanmır, Avropa bizə" çatanmır" deyə bizdən utanır. Dağilirsa ailə ər nəyə ,arvad nəyə lazım? Çəkən də məclisə xərc,çəkməyə təzdən utanır. Veririk xoşluq ilə zəhmətimizin "pay"ını, Əlimdə əlli baxır əllərə, yüzdən utanır. Şükrümüz itdi qarın davası çəkdik deyə biz, Özgə haqqıyla çörək süfrədə duzdan utanır. Hələ çox var yazası dərdimizin yox ki sayı, Dilarə hansını yazsın,o da sözdən utanır. |