şeir
Şeir
Şeir yoluxucudur... Sevgi kimi,gülüş kimi. Ən gözəl söz yadda qalar İlk baxış,ilk öpüş kimi. Şeir ana körpəsidir... Ruhun dolub hıçqıranda Şeir bir ana səsidir. Hər yeni misra yazanda Yenidən bir sən doğular.. Bu möcüzə aləmində Bir sən varsan,bir duyğular..... Şeir sözlü qanadlardır... Şeir yazanın özüdür... Şeir ruhunu anladır.. Şeir yazanın izidir.... Ruhum sözlərin aşiqi Qarışıram şeirlərə Hər zərrəmdə bir şeir var Hər şeirimdə bir Dilarə... |