Ölümdən betərdir mazlum yaşamak!
Hər şəhid canımdan bir az can aldı,
Hər biriylə arzum gözümdə qaldı, Hər fəryad bağrıma biraz od saldı, Yağışdır göz yaşım,yatağım torpaq, Zəfər gününəcən bağrım yanacaq! Hər övlad gedərkən ana apardı, Can çəkişdi ruhu candan qopardı, Boyun qucaqlayıb,qoxlar,öpərdi Analar ölməli övladdan qabaq Zəfər gününəcən xoşbəxtlik yasaq! Damarda hiddətdən qan qaynayır ,ah, Əzabdır gecələr,qəzəbdir sabah, Haramdır rahatlıq,susmaqdır günah, Cavabdehdir ürək,gözlər,dil,qulaq Ölümdən betərdir məzlum yaşamaq! Bizə yaraşmayır məzlum yaşamaq! Dilarə Suleyman |
Emeğine yüreğine sağlık
..................Selamlar