gedək
Soyuq baxışında buz lülələnib
Bəlkə bəxtimdəki adam deyilsən? Sevməsəm ardınca niyə düşüm mən? Qardaşım deyilsən,atam deyilsən! Dilbilməz əlində qalıbdı yaxam Mənim gözlərimi fələk tutub,gəl! Gedəndə qəlbimi qırıb getmisən Gələndə üzünə ələk tutub gəl! Bir kəlmə xoş sözə layiq idim mən, Min kəlmə acını birə dəyişdim Səni sevməmişdən qanadım vardı, Səninçün göyləri yerə dəyişdim. Gözümün içinə baxmayan adam! Qəlbimin içində yer axtarırsan? Axı hər gözəlin bir eybi vardır Sən niyə gözümdə tir axtarırsan? Hərə bir dərddədi,hərə bir gündə Qopar inadını yelə ver,gedək, Yolun yarısını keçmişik Vallah Qalan yarısın da yola ver gedək! Dilarə Süleyman |
Kalemin susmasın emeğine sağlık
..........Selamlar