Beləmi olacaqdı
Dərdini götürüb göylərə qaçma
Göy Yerə məsafə saxlayır indi, Üzlər maskalıydı , üz güldürmədi Adamlar maskasız ağlayır indi. O qədər and içdik , and kəsdi bizi, Xeyirə deyindik, şərə deyindik, İlahi , kəsdinmi kəndirimizi Görmək istədiyin kimi deyildik! Ruzini çəkmisən göyə deyirlər Cəzamızı kəsib sən bizi daşla! Ölümdən qorxurlar deyə deyirlər Allah ,şükr edirik bizi bağışla! Min oyun qurulub bir kürə üstə Kim yozur yuxunu, biz kimə bəndik? Sandın ağıllandıq cəzadan biz də? Həmənki olmağa biz himə bəndik, Dilarə Süleyman |