oğlum
Can desen canına azar deyerler
Haqqını alınmış yazar, yeyerler, Bizim bu ölkəyə bazar deyərlər Müqaisə etme qıraqla, oğlum! Yetime can deyen çox olacaqdır, Qarnın ac, gözünsə tox olacaqdır, Bir gün bereket de yox olacaqdır İnsafı heç gezme çıraqla, oğlum! Pulu tökür millet dodağa, qaşa Baxan azdı derddən tökülen yaşa Heyif pul qoyulan ağılsız başa Götür qoyma tükü daraqla, oğlum! Söz ateşi açdıq düşmənə evden, Kimlərsə mest olub haramdan, kefden, Silah neye gerek,gelmirsen ovdan İşimiz yox bizim yaraqla, oğlum! Yağdıraq şanına yalan terifi Qepik quruş versin olanda kefi Efirlere çıxaq, götürek defi Sen de dinle meni maraqla, oğlum! Bu derviş ruhuma hayan ne gerek, Qalmadı çekmekden el derdi ürek. Dilara Süleyman susaydı gərək Onu şeirlerdən soraqla,oğlum! |