DÜNYANI TƏZƏDƏN YARAT AY ALLAH
Dünya çalxalanır qəm çanağında,
İnsanlar itirib yolunu Allah. Günahkar üzündən günahsızlar da Tapammır sağını-solunu Allah. Nəmrudun taxtını devirən əsgər Korona adıyla tutub dünyanı. İndiki harınlar daha betərdi, Sənin gücün üstə güc olan hanı? Adil hökmüransan, ədalət eylə, Haqlını, haqsızı özün seç Allah. Şəddadın, Fironun bəd əməlinin Demirəm üstündən indi keç Allah. Görsün yol azanlar yolunu indi, Qorxu nə deməkdir, dərd nə deməkdir. Dünyanı ucuza satan axmaqlar, Bilsin namərd nədir, mərd nə deməkdir. Keçmiş zamanlardan indi çətindir, Babalar nə çəkib, yaxşı bilirik. Birə min çoxalıb qəlbi qaralar, Dərddən toxum əkib, yaxşı bilirik. Zülm ərşə dayanar sən "dur" deməsən, Şeytan qan qusdurar bəşərə vallah. Biz aciz bəndəyik, sən kərəm eylə, Çəpər ol fitnəyə, bu şərə, Allah. Məzluma zülm edən əli qanlılar Kiçik bir virusdan necə əsirlər. Qorxudan sığınıb öz qınlarına, Qapayıb sərhəddi, yolu kəsirlər. Virusdur, mikrobdur bu qaniçənlər, Bəşərin köksündən qır at, ay Allah. Öldür virusları, bu mikrobları, Dünyanı təzədən yarat ay Allah. |